Modern.az

Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir

Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir

7 May 2021, 17:57

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq olub işğalçını əzən, yurd yerlərimizi yağı tapdağından təmizləyib və səmamızı aydınladan Vətən övladlarının canı-qanı bahasına yazılan qəhrəmanlıq dastanı şanlı tariximizdir.

 

Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazirlik 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” layihəsinə start verir.

 

Qeyd edək ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.

 

Vətən torpaqlarının azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş igidlərimizin əziz xatirəsi xalqımızın, o cümlədən mədəniyyət ictimaiyyətinin qəlbində əbədi yaşayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır