Modern.az

İlham Əliyev FİFA prezidentini qəbul edib

İlham Əliyev FİFA prezidentini qəbul edib

Təhsil

21 Sentyabr 2012, 18:47

Azərbaycan Prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib.

Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulanıb, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü