Modern.az

Pənah Hüseyn İctimai Palatanı tərk etmədi

Pənah Hüseyn İctimai Palatanı tərk etmədi

Təhsil

21 Sentyabr 2012, 20:21

Sabiq millət vəkili Pənah Hüseyn İctimai Palatanın Koordiyasiya Şurasından istefa verməsi ilə bağlı yekun qərarını verib. Belə ki, İP-in Koordinasiya Şurasının bu gün keçirilən növbədənkənar iclasında Pənah Hüseyn də daxil olmaqla politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli qurumda qalmaqlarına dair razılığa gəliblər.

Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının keçirilən sonuncu iclasında quruma üzv olan siyasi partiyaların hakim Yeni Azərbaycan Partiyası ilə birgə Ramil Səfərovla bağlı Avropa Parlamentinə qarşı qəbul etdiyi etiraz müraciəti ciddi narazılıqa səbəb olmuşdu. Hətta, Palatadan Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəylinin Koordinasiya Şurası üzvlüyündən istefa verdiyi bildirilirdi.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir