Modern.az

Mehriban Əliyeva: “Şuşa azaddır!”

Mehriban Əliyeva: “Şuşa azaddır!”

Mədəni̇yyət

8 May 2021, 15:13

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Şuşa ilə bağlı paylaşım edib.


Modern.az
xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:


“Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəksliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır