Modern.az

Bakıda Avropa filmlərinin festivalı başlayır

Bakıda Avropa filmlərinin festivalı başlayır

22 Sentyabr 2012, 13:38

Oktyabrın 4-dən 10-dək Bakıda Avropa Film Festivalı keçiriləcək. Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Verilən məlumata görə, festival Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin səfirlikləri, Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema"nın birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalın proqramına 14 dövlətdən (Azərbaycan, Avstriya, Belçika, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) 15 filmin nümayişi daxildir. Festivala dəvət olunan fəxri qonaqlar sırasında Litva, Polşa və Almaniyadan olan məşhur kinorejissorlar – Algimantas Puipa, Rafael Levandovski və Eva Blondiau yer alıblar.
 

S. İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır