Modern.az

Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə döndü - FOTO

Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə döndü - FOTO

Aktual

10 May 2021, 20:49

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən üç qazimiz sağalaraq Vətənə geri dönüb.

 

Modern.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.

 

Bildirilib ki, qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

 

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin, yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır