Modern.az

Çavuşoğlu Tatarıstan prezidenti ilə DANIŞDI

Çavuşoğlu Tatarıstan prezidenti ilə DANIŞDI

11 May 2021, 17:41

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov arasında telefon danışığı olub.

 

Modern.az-ın xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı M. Çavuşoğlu R. Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.

 

Nazir ehtiyac olduğu halda Türkiyənin Tatarıstana hər cür dəstək verməyə hazır olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, bu gün Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum zamanı 9 nəfər həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir