Modern.az

Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO

Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO

12 May 2021, 11:23

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".


Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi