Modern.az

Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı

Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı

Aktual

14 May 2021, 15:55

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-i valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-i isə müəssisədən övladlığagötürmə üzrədir.

 

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi