Modern.az

AVRO-2020-nin Bakıdakı oyunlarına bilet satışı başladı

AVRO-2020-nin Bakıdakı oyunlarına bilet satışı başladı

Aktual

15 May 2021, 08:26

Bu gündən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.

Modern.az saytı xəbər verir ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər. Bunlar aşağıdakılardı:

Köşk №1 (M.Rəsulzadə 3., Bakı);
Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı);
Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı);
1 saylı "ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı);
2 saylı "ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı);
3 saylı "ASAN xidmət” mərkəzidə (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı).

Biletləri, eyni zamanda, //www.iticket.az/2020  keçidi vasitəsilə də almaq mümkündür.

Biletlərin qiymətləri üç kateqoriya üzrə dəyişir: 1-ci kateqoriya - 250 AZN, 2-ci kateqoriya - 150 AZN, 3-cü kateqoriya - 60 AZN.

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə

16 iyun, saat 20:00
Türkiyə - Uels

20 iyun, saat 20:00
Türkiyə - İsveçrə

1/4 final mərhələsi
3 iyul, saat 20:00
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır