Modern.az

Allergiyası olanlar vaksin vurdura bilərlər? – Həkim MƏSLƏHƏTİ

Allergiyası olanlar vaksin vurdura bilərlər? – Həkim MƏSLƏHƏTİ

16 May 2021, 11:30

“Allergiyası olanlar peyvənd vurdurmamışdan əvvəl öz həkimləri ilə məsləhətləşsinlər və peyvənddən bir müddət əvvəl allergiya əleyhinə dərman qəbul etsinlər".

Modern.az-ın məlumatına görə, bunu doktor Fərəh Vahabova allergiyası olanların vaksindən imtina etməsilə bağlı danışarkən bildirib.

 

F.Vahabovanın sözlərinə görə, COVİD-19 xəstəliyi əleyhinə vaksinin 1-ci dozasında ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur:

 

“Anafilaktik şok – müxtəlif allergenlerə, o cümlədən dərman preparatları və ya vaksinə qarşı orqanizmin kəskin və güclü immun reaksiyasıdır. Bu patoloji vəziyyət qan dövranı, orqan və sistemlərin funksiyalarının dərin pozulmaları ilə müşayiət edilir. Lakin peyvəndlər elə formada hazırlanır ki, onların tərkibində allergik komponent maksimal dərəcədə az olsun”.

Həkim bildirib ki, buna görə də allergiyası olan şəxslərə də vaksin vurulur:

“Amma hər bir orqanizm fərqlidir və reaksiyalar da müxtəlif ola bilər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir