Modern.az

Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Bakıda...

Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Bakıda...

17 May 2021, 14:30

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Bakıya gəlib.

 

Modern.az xəbər verir ki, o, səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

 

"Bu gün Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşdüm. Görüşümüz çox məhsuldar keçdi", - diplomat vurğulayıb.

 

Ş.Ayrım həmçinin, Azərbaycan Milli Məclisinin Türkiyə parlamenti ilə Dostluq Qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanovla da görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı