Modern.az

Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO

Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO

18 May 2021, 00:59

Sosial şəbəkələrdə “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya məxsus bahalı avtomobillərin onun Turindəki evindən çıxarılmasını əks etdirən videogörüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, avtomobillərin daşınmasını Lissabondan olan bir şirkət həyata keçirib.

 

Bir müddət öncə 36 yaşlı futbolçunun karyerasını “Sportinq”də davam etdirməsilə bağlı şaiyələr yayılıb.

 

Xatırladaq ki, bu günlərdə Kriştiano Ronaldonun anası Dolores Aveyru oğlunu “Sportinq”ə keçməyə razı salmağa çalışdığını açıqlayıb.

  

“Mən onunla danışacağam və növbəti il “Sportinq”ə qayıtması üçün razı salmağa çalışacağam, bunun üçün hər şeyi etməyə hazıram”, - deyə D.Aveyru bildirib.

 

Qeyd edək ki, Ronaldo "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada debüt edib.

 

T.İSMAYIL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir