Modern.az

İtkin düşən tələbə TAPILDI

İtkin düşən tələbə TAPILDI

Aktual

18 May 2021, 11:18

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında İ.Hüseynovun sosial şəbəkə hesabında onun adından artıq evdə olduğuna dair paylaşım edilib:

 

"Bu çətin 7 gün ərzində məni axtaran və ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

 

Tələbənin atası Saleh Hüseynov isə deyib ki, oğlu bu müddət ərzində Bakıda olub:

 

"İlkin işlədiyi restorandan əmək haqqısını aldıqdan sonra xərcləyib. Bundan başqa, tanışından da 200 manata yaxın pul götürüb və onu da xərcləyib. Borcunu qaytara bilməyəcəyini fikirləşib və utandığından evə gəlmək istəməyib. Bir neçə gün Bakıda gözdən uzaq yerlərdə gecələyib. Nəhayət evə dönməyə qərar verib. Hazırda evdədir. Şükür indi hər şey yaxşıdır və səhhəti də normaldır".

 

Qeyd edək ki, İ.Hüseynov sonuncu dəfə mayın 11-də saat 15:40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızırzində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını qeyd edib. Ondan sonra İlkinin telefonuna bir daha zəng çatmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır