Arxiv
18 May 2021, 11:55 | AKTUAL
Gömrük Akademiyasında təlimlər 

Dövlət Gömrük Komitəsinin Akademiyasında X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən “Təlimçilərin təlimi” kursu və operator kursları başlayıb. 

 

17-19 may tarixlərində keçirilən “Təlimçilərin təlimi” kursu, 20-21 may və 24-26 may tarixlərində keçiriləcək operator kursları Akademiyada xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla ənənəvi formada təşkil olunub.

 

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçıları və “RENFUL” şirkətinin nümayəndələri ilə görüşüb.

 

Qulu Novruzov qonaqları və təlim iştirakçılarını salamlayaraq, onları Akademiyada görməkdən məmnun olduğunu bildirib. Pandemiya səbəbi ilə 2020-ci ilin mart ayından etibarən bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olunduğunu və onlayn tədrisə keçildiyini deyən Akademiya rəisi gömrük əməkdaşları üçün təlimlərin də ənənəvi formatda müvəqqəti olaraq dayandırıldığını və 2020-ci ilin dekabrından onlayn formatda davam etdirildiyini qeyd edib.

 

Akademiyanın onlayn tədrislə bağlı kifayət qədər zəngin təcrübəsi olduğunu vurğulayan Qulu Novruzov Azərbaycan ali təhsil müəssisələri içərisində distant dərsləri yüksək səviyyədə təşkil edən, tələbələrin dərs davamiyyətinin yüksək olduğu iki ali məktəbdən birinin Gömrük Akademiyası olduğunu deyib. Akademiyadakı ixtisas proqramları haqda danışan Qulu Novruzov hazırda dörd bakalavriat, iki magistratura proqramı üzrə ixtisaslı kadrların hazırlandığını vurğulayıb. Akademiyada son illərdə görülən işlərə, 2018-ci ildən başlayaraq ümumilikdə DGK-da aparılan islahatlara toxunan Akademiya rəisi bu inkişafın Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımıza qələbə sevinci yaşatdığını deyib.

 

Akademiya rəisi təlimdə iştirak edən gömrük əməkdaşlarına uğurlar arzulayıb. 

 

“RENFUL” şirkətinin Məhsul dəstəyi və tətbiqi üzrə mütəxəssisi İvan Rodrigez proqram haqqında məlumat verərək, şəxsi təcrübəsindən çıxış etdiyini deyib. O, proqramdan istifadənin nəticəsinin müsbət olduğunu bildirərək, gömrük əməkdaşlarının məmnun qalacaqlarına əminliyini diqqətə çatdırıb. 

 

Şirkətin məsləhətçisi və Biznesin inkişafı üzrə koordinatoru Vilayət  Məmmədov sözügedən proqramın 72 ölkədə istifadə olunduğunu bildirib. O, proqramın gömrük sistemində fəaliyyətin qurulmasında bütün ölkələrdə müsbət nəticələr verdiyini qeyd edib.

 

Görüşdən sonra “Təlimçilərin təlimi” kursu başlayıb.  

 

Qeyd edək ki, bununla yanaşı, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə, 17-22 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn təlim başlayıb. 

 

Həmçinin, 17 may-30 iyun tarixlərində Akademiyada Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxsləri üçün onlayn formada ixtisasartırma təlimləri keçirilir.

 

Bundan əlavə, sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədilə, gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün 20 may tarixindən 18 iyun tarixədək “İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda onlayn formada təlim keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?