Arxiv
18 May 2021, 20:11 | AKTUAL
Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü

 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada rəsmi səfərdədir.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin Sədri mayın 18-də Gustiniani sarayında  İtaliya Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. İtaliya Senatının Sədri Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayaraq İtaliyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 2018-ci ildə Bakıya səfərini xatırlayan xanım Kasellati iki ölkə arasında həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, xüsusi olaraq vurğulayıb ki, COVİD-19 pandemiyasının dünyadakı təhlükəli fəsadlarına baxmayaraq, İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir.

 

İtaliyalı Spiker daha sonra regionda sülhün təmin olunmasının sevindirici olduğunu söyləyib və Azərbaycanın sabit və davamlı inkişaf etdiyini qeyd edib. O, xüsusi olaraq iqtisadiyyat sahəsində əldə olunan nailiyyətləri təqdir edib.


Azərbaycan tərəfindən həyata keçirilən layihələrin, xüsusilə TAP-ın əhəmiyyətini vurğulayan xanım Kasellati, bu layihəni Avropaya açılan qapı kimi qiymətləndirib. Senatın Sədri Azərbaycanın neft və qazla zəngin ölkə olmasına baxmayaraq, iqtisadiyyatın şaxələndirilmiş formada inkişaf etdiyini  və 2018-ci ildə Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduğunu qeyd edib.

 

Xanım Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə alqışladığını qeyd edib. O, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq  mədəniyyəti xalqlar arasında körpü kimi qiymətləndirib.

 

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və rəsmi səfərə dəvətə görə, Senatın Sədrinə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

 

Sahibə Qafarova hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək 2018 və 2020-ci illərdə ölkə başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin dinamik inkişafında mühüm rolunu vurğulayıb.

 

Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb. 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyət ili” elan olunmasının, film festivalları keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

 

Daha sonra parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri qeyd edib ki, hal-hazırda ölkələrimizin parlamentləri arasında münasibətlər yüksək səviyyədədir, dostluq qrupları arasında əlaqələr qənaətbəxşdir.

 

44 günlük Vətən müharibəsi barədə danışan Milli Məclisin Sədri Qarabağ münaqişəsinin artıq həll olunduğunu və tarixə çevrildiyini vurğulayıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan 30 illik işğala son qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Hazırda isə Azərbaycan işğaldan azad edilmiş ərazilərimizin bərpasını həyata keçirir.
Milli Məclisin Sədri Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı azad olunmuş torpaqlarımızda törətdiyi dağıntılar, şəhərləri yerlə-yeksan etməsi, mədəni, tarixi abidələri məhv etməsi faktlarını qeyd edib. Sahibə Qafarova Ermənistanın növbəti təxribatını – minalanmış ərazilərin xəritəsini vermək istəmədiyini də diqqətə çatdıraraq bildirib ki, bunun nəticəsində həm mülki şəxslər, həm də hərbçilər həlak olurlar. Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin xəritələrinin verilməməsi, bundan imtina edilməsi beynəlxalq hüququn bütün normalarına görə hərbi cinayətdir.

 

Söhbət zamanı Sahibə Qafarova ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışaraq Azərbaycanın bu sahədə bir sıra ölkələrə nümunə olduğunu vurğulayıb.

 

Ermənistan tərəfindən terrorçuların hərbi əsirlər kimi təqdim olunması cəhdlərinə də toxunan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanda hərbi əsirlər yoxdur, bütün hərbi əsirlər təhvil verilib. Azərbaycanda saxlanılan şəxslər isə terrorçulardır, çünki onlar 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisinə təxribat məqsədilə göndəriliblər.

 

Söhbət zamanı Milli Məclisin Sədri Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bütün İtaliya parlament nümayəndələrinə təşəkkürünü bildirib.

 

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34 Nazarbayev Sarkisyanı təbrik etdi, Paşinyanı isə yox... 23 İyun 2021, 17:28 Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et 23 İyun 2021, 17:22 Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO 23 İyun 2021, 17:16 Mais Bərxudarov yeni hərbi hissənin açılışında - VİDEO 23 İyun 2021, 17:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?