Modern.az

Gülər Əhmədova Neftçilər Xəstəxanasına yerləşdirildi - YENİLƏNİB

Gülər Əhmədova Neftçilər Xəstəxanasına yerləşdirildi - YENİLƏNİB

Aktual

28 Sentyabr 2012, 18:17

İnsult keçirən millət vəkili Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alacaq


Millət vəkili Gülər Əhmədova Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bu barədə Modern.az-a məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, bu gün iki dəfə insult keçirən deputat bir neçə dəqiqə bundan öncə adıçəkilən xəstəxanada həkim nəzarətinə götürülüb. Hazırda milllət vəkili müalicə üçün palataya yerləşdirildiyi bildirilir.

Məlumatı Mərkəzi Neftçilər Xəstəxanasında çalışan tibb işçiləri də təsdiqləyiblər. Maraqlıdır ki, xəstəxananın baş həkimi Leyla Seyidbəyova Modern.az-a açıqlamasında G.Əhmədovanın bu tibb müəssisəsinə gətirilmədiyini söyləyib.

***

Gülər Əhmədovanın insult keçirdiyini onun qardaşı, telejurnalist İlqar Mikayıloğlu da təsdiqləyib. Lakin o, xanım deputatın hansı tibb ocağına aparıldığını açıqlamayıb. 

***

Modern.az-a verilən məlumata görə, bir qədər öncə Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlu bacısına baş çəkmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına gəlib. İ.Mikayıloğlunu bir neçə iş yoldaşının da müşayiət etdiyi qeyd olunur.

***

Gülər Əhmədovaya insult diaqnozu qoyulmayıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.

Onun sözlərinə görə, bu gün Gülər Əhmədovanın səhhəti ilə bağlı stansiyaya iki dəfə çağırış edilib, həkimlər çağırışa gedib. Üçüncü dəfə isə saat 17.17-də stansiya tərəfindən G. Əhmədovanın evinə həkim göndərilib:

“Birinci çağırışda Gülər Əhmədovaya beyin-qan dövranının keçib gedən pozulması, sonuncu dəfə isə ona gərginlik fonunda gedən nevrotik reaksiya diaqnozu qoyulub. Gülər Əhmədovanın yanından gələn həkim onda heç bir insult əlamətinin olmadığını qeyd edib”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı