Modern.az

Ermənistan hakimiyyətinin “Zəngəzur oyunu” - TƏHLİL

Ermənistan hakimiyyətinin “Zəngəzur oyunu” - TƏHLİL

Analitika

1 İyun 2021, 16:23

Ermənistan üçtərəfli bəyanatların icrasına dair yaradılmış işçi qruplar arasında təmasların kəsildiyini bəyan edib.


Azərbaycanın antiterror əməliyyatları keçirməsi üçün atdığı addımlar fonunda İrəvandan danışıqların dayanmasına dair gələn mesaj diqqət çəkir.


Düşünmək olar ki, danışıqların dondurulmasının elanı gözlənilməz gələcək hadisələr üçün zəminin hazırlanmasıdır.


Bu kövrək və “alovlu” zəminə gedən yolda isə Ermənistan hakimiyyətinin strategiyasında gizlənən məramlar üzə çıxır.


Belə ki, danışıqların dalana dirənməsi Ermənistanda hərbi vəziyyətin elan olunmasına dair arqumentlərə güc verir. Bununla əslində Nikol Paşinyan açıq şəkildə deməyə qorxduğu məramını açıqlayır: Hərbi vəziyyət növbəti hərbi əməliyyatlar deməkdir və bu, Ermənistanı məhvə aparacaq.


Ona görə də Paşinyan bu zaman yenidən danışıqlar masasında “zühur” etmək zərurətini ortaya qoyur.


Bəllidir ki, Nikol Paşinyan açıq deməsə də, sərhədlərin müəyyənləşməsinə və Zəngəzur dəhlizinin açılmasına qarşı deyil.


Prezident İlham Əliyevin də “Müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirib. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir” fikrini səsləndirməsi bu mühakiməni gücləndirir.


Lakin çürük sütunlar üzərində güclə dayanan Ermənistanın ictimai rəyi güzəştlər konsepsiyasını həzm edə bilmir. Bu səbəbdən də Paşinyan rezerv metodlarla ictimai rəyi olacaqlara hazırlayır.


Eyni zamanda, Nikol Paşinyan məsuliyyəti üzərindən atmaq üçün pası ona tabe olmayan orduya atır və “buyurun, döyüşə atılın” deyir.


Paşinyan da, elə ordu da aydın dərk edir ki, antiterror əməliyyatları onların sonunu gətirəcək, lakin hansısa formada mübarizə aparmağa dair bir görüntü yaratmaq lazımdır.


Azərbaycandan Ermənistana verilən ardıcıl və sərt xəbərdarlıqlar, antiterror təlimlərinin keçirilməsi, Türkiyə ilə sıx qrafikdə aparılan işlər İrəvan üçün “əcəl zəngi”dir.


Gedişatlardan çıxarılan nəticələrə gəlincə:

1. Ermənistanın gedişləri oyundur.

2. Bu oyun olsa da, olmasa da, Azərbaycan istədiyini almasa, ikinci “Dəmir yumruq”u qaldıracaq.

Yəni elə ya da belə, Zəngəzur dəhlizinin reallaşması sərhədlərin müəyyənləşməsi ilə müşayiət olunmalıdır. Təbii ki, Bakının maraqları çərçivəsində.

Çıxılmaz vəziyyətdə qalan İrəvanın addımları isə yalnız Azərbaycanın böyük hədəflər uğrunda addımlarına müticəsinə “yaşıl işıq” yandırmaqdan başqa bir şey deyil. İstər diplomatik masada, istərsə də hərb meydanında.

Birincidə razılıq Azərbaycanın istdəyi kimi əldə edilməsə, ikinci variant işə düşəcək, lakin Paşinyan da “mən əlimdən gələni etdim” deyərək hayqıracaq.


Aqşin Kərimov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı