Modern.az

Malayziya Kralı İlham Əliyevi təbrik ETDİ

Malayziya Kralı İlham Əliyevi təbrik ETDİ

2 İyun 2021, 18:50

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Zati-aliləri.

 

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

 

Mən məmnuniyyətlə qeyd edirəm ki, Malayziya və Azərbaycan hər zaman yaxın, səmimi münasibətlərdə olublar. Malayziya qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Azərbaycanla sıx işləməyə hazırdır.

Allah-Təala Zati-alinizə möhkəm cansağlığı, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına və onun xalqına, sülh və firavanlıq bəxş etsin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü