Modern.az

Qəddafinin ölümü ilə bağlı yeni xəbər

Qəddafinin ölümü ilə bağlı yeni xəbər

Aktual

1 Oktyabr 2012, 09:57

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin ölümü ilə bağlı yeni məlumatlar yayılıb. Modern.az-ın  xarici mətbuata istinadən verdiyi məlumata görə, eks-prezidentin müxalif qüvvələr tərəfindən deyil, fransız cəsusu tərəfindən qətlə yetirildiyi iddia edilib. Liviyanın keçmiş baş naziri Mahmud Cəbrailin Misir televiziyasına verdiyi müsahibəsində Qəddafinin Fransanın sabiq prezidenti Nikola Sarkozi tərəfindən sifarişlə öldürüldüyünü bildirib. Eks-baş nazir iddia edib ki, Sarkozi prezident seçkilərində Qəddafindən aldığı 50 milyon avroluq borcu geri qaytarmaq istəmədiyi üçün bu addımı atıb. Mahmud Cəbrailin əllərində faktla bağlı xeylisayda sübutların olduğunu vurğulayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir