Arxiv
7 İyun 2021, 12:52 | MƏDƏNİYYƏT
Ötən il 2 min azərbaycanlı qadın türkiyəli kişiyə ƏRƏ GEDİB

Son illərdə Türkiyəyə köçən əcnəbilərin sayı çoxalır. Xüsusilə Yaxın Şərq və postsovet ölkələrindən Türkiyəyə üz tutanların sayında artım diqqət çəkir. Türkiyə miqrasiya idarəsinin bu ilin may sonuna olan məlumatına görə, bu ölkədə rəsmi "oturum izni" ilə məskunlaşan əcnəbi sayı 1 milyon 113 min nəfərdir. Halbuki, 2010-cu ildə bu say 182 min nəfəri ötməyib. Beləcə, son 11 il boyunca Türkiyədə rəsmi yaşayış icazəsiylə yaşayan əcnəbilər sayca təxminən 10 dəfə artıb. Bu da var ki bu il "oturum izni" alanların təxminən yüz mini Türkiyədə təhsil alan əcnəbi tələbələrdir.


Qeyd edilməlidir ki, məlum savaşdan sonra Türkiyəyə gələn Suriya vətəndaşları qaçqın statusu daşıdıqlarından bildirilən saya daxil deyillər.


Modern.az
“Azadlıq” radisouna istindən xəbər verir ki, hazırda Türkiyədə qaçqın statusu ilə yaşayan təxminən 3 milyon 700 min suriyalı var. Bu o deməkdir ki, rəsmi yaşayış icazəsi olmadan Türkiyədə qaçaq yaşayan əcnəbiləri də nəzərə alsaq, ölkədə, ən azı, 5 milyondan çox xarici vətəndaş var.


Türkiyədə məskunlaşan əcnəbilər arasında ilk yerlərdən birini də Azərbaycan vətəndaşları tutur. Rəsmi məlumatlara görə, hazırda Türkiyədə 56 min 438 nəfər Azərbaycan vətəndaşının rəsmi "oturum izni" var. Azərbaycanda iqtisadi durumun pisləşməyə başladığı və devalvasiyaların baş verdiyi 2015-ci ildə bu göstərici 32 minə bərabər idi. Deməli, son altı il ərzində Türkiyədə rəsmi yaşayış icazəsi ilə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı 24 min nəfər və ya 75 faiz artıb.

 

Ölkə

Türkiyədə rəsmi yaşayış icazəsi ilə yaşayanların sayı

1

İraq

132 min 813

2

Türkmənistan

125 min 929

3

Suriya

94 min 803

4

İran

68 min 246

5

Özbəkistan

56 min 505

6

Azərbaycan

56 min 438

7

Rusiya

53 min 469

8

Əfqanıstan

49 min 928

9

Qazaxıstan

30 min 800

10

Misir

27 min 628


Hazırda Türkiyədə rəsmi yaşayış icazəsi ilə məskunlaşan 56 mindən çox azərbaycanlının 10 min 356 nəfəri, yəni, 18 faizi tələbələrdir. Türkiyədəki hər doqquz əcnəbi tələbədən biri azərbaycanlıdır. Tələbələrə verilən rəsmi yaşayış icazəsinin sayına görə Azərbaycan siyahıda, sadəcə, Türkmənistandan geri qalır. Hazırda Türkiyədə 13 minə yaxın türkmənistanlı tələbə təhsil almaqdadır.


Azərbaycanlıların lider olduğu rəsmi "oturum izni" növü isə ailələrə verilən yaşayış icazələri ilə bağlıdır. Bu tip rəsmi yaşayış icazələri Türkiyə vətəndaşları ilə ailə həyatı quran əcnəbilərə və Türkiyədə rəsmi yaşayış icazəsi olan xarici vətəndaşlarla evlənən şəxslərə verilir.


Hazırda Türkiyədə 85 minə yaxın bu tip yaşayış icazəsi verilib ki, bu icazələrin 11 min 577-si Azərbaycan vətəndaşlarına məxsusdur. Siyahıda sonrakı iki yeri Rusiya (6 min 568) və Ukrayna (6 min 265 nəfər) vətəndaşları tutur.


Azərbaycanlılar Türkiyə vətəndaşlarına ərə gedən xarici ölkə vətəndaşları arasında da lider yerləri tutur. Türkiyə statistika qurumunun məlumatına görə, ötən il ərzində 18 min 909 xarici ölkə vətəndaşı türk kişilərə ərə gedib. Həmin 18 min 909 xaricidən 2 minə yaxını azərbaycanlı qadınlardır və onlar həmin göstəricilər baxımından təkcə suriyalı qadınlardan geridədirlər. Ötən il 2 min 800-ə yaxın siruyalı qadın türkiyəli kişilərə ərə gedib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?