Modern.az

Şəhid övladlarının hamını kövrəldən FOTOSU

Şəhid övladlarının hamını kövrəldən FOTOSU

Aktual

11 İyun 2021, 18:25

Vətən Müharibəsi şəhidinin övladları hamını kövrəltdilər.

 

Modern.az xəbər verir ki, şəhid Sehran Vəliyevin övladları atalarının müharibəyə getməzdən öncə həyətində əkdiyi gülə qulluq edib, böyüdüblər.

Şəhid övladlarının həmin çiçəklə çəkdiyi foto sosial şəbəkədə izləyiciləri duyğulandırıb.

Qeyd edək ki, Şəhid Sehran Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub.

Vətən Müharibəsi başlayan gündən Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq, şəhidlik zirvəsinə ucalıb.

 

Sehran Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Bundan başqa, qəhrəmanımız "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, 3 övladı əmanət qaldı.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi