Modern.az

Azərbaycan Monteneqro ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Monteneqro ilə əməkdaşlıqda maraqlıdır

Aktual

11 İyun 2021, 18:32

Azərbacan Monteneqro ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Monteneqro ilə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bunu iyunun 11-də xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Perişa Kastratoviçi qəbul edərkən deydi.

 

Nazir Ceyhun Bayramov Perişa Kastratoviçi salamladı, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Nazir Ceyhun Bayramov Azərbaycan və Monteneqro arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq qeyd edildi. İkitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.

 

Nazir, həmçinin səfir Perişa Kastratoviçə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verdi. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olundu.

Səfir Perişa Kastratoviç ölkəsinin Azərbaycan ilə münasibətlərə əhəmiyyət verdiyini vurğuladı.

 

Tərəflər ikitərəfli münasibətlərin enerji, turizm, humanitar və digər sahələrdə inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu