Modern.az

UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama

UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama

12 İyun 2021, 21:35

UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, qitə futbol qurumunun məlumatında 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu bildirilib.

 

Qarşılaşma ilə bağlı yekun qərarın Bakı vaxtı ilə saat 21:45-də veriləcəyi vurğulanıb.

 

Danimarka Futbol Federasiyası isə Eriksenin özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər