Modern.az

Paşinyan gülünc vəziyyətə düşdü

Paşinyan gülünc vəziyyətə düşdü

Aktual

13 İyun 2021, 01:00

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Geğarkunik bölgəsindəki seçkiqabağı mitinqdəki çıxışı zamanı gülünc vəziyyətə düşüb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya prezidenti, daha sonra isə baş naziri adlandırıb.

 

“Rusiya prezidenti ... baş naziri Sergey Lavrov İrəvana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...”, - deyə çıxış edən Paşinyan öz səhvinin fərqinə də varmayıb.

 

Ondan arxada dayanan ərazi idarəedilməsi və infrastruktur naziri Suren Papikyan və arvadı Anna Akopyan da Paşinyanın bu səhvinə gülümsünüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub