Modern.az

G7 sammiti başa çatdı

G7 sammiti başa çatdı

13 İyun 2021, 23:29

Böyük Britaniyada iyunun 11-dən 13-dək keçirilən G7 (“Böyük yeddilər”) sammiti sona çatıb.

 

Modern.az xəbər verir ki, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı liderlərinin iştirak etdiyi G7 zirvə görüşünü Boris Conson bağlayıb. G7 zirvəsinin əsas gündəm maddələrindən biri iqlim dəyişikliyi olub.

 

Liderlər zirvədən sonra 25 səhifədən ibarət yekun bəyannamə qəbul edib. Bəyannamədə G7 ölkələri ehtiyac duyulan ölkələrə 1 milyard doza koronavirus peyvəndi bağışlayacaqlarını açıqlayıb. Həm də dünyada qlobal peyvənd istehsal gücünün artırılmasına, pandemiya üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və peyvəndin inkişaf müddətlərinin qısaldılması üçün elmə dəstək verməyə borclu olduqlarını bildiriblər.

 

G7 ölkələri kasıb ölkələrdə məşğulluğa və sərmayəyə kömək edəcəklərini açıqlayıblar. Liderlər qlobal istiliyin artımını 1,5° C-yə qədər məhdudlaşdıraraq yaşıl inqilab etməyi qərara alıblar. 2050-ci ilədək sıfır emissiya, 2030-cu ilədək tullantıları iki dəfə azaldacaq və bu tarixə qədər quru və dənizlərin ən az 30 faizini qoruyacaqlarına söz veriblər.

 

Qeyd edək ki, Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirdə qonaq ölkələr qismində iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi