Modern.az

Əldə etdiyimiz bütün uğurlarda Heydər Əliyevin işıqlı zəkasının izləri var

Əldə etdiyimiz bütün uğurlarda Heydər Əliyevin işıqlı zəkasının izləri var

14 İyun 2021, 09:36

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının milli ruhu da özünə qayıtdı, dövlət qurmaq və onu yaşatmaq əzmi yenidən dirçəldi. Bu gün əldə etdiyimiz bütün uğurlarda və şübhəsiz ki, müzəffər Ali Baş Komandanın rəhbərlyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm qələbəyə aparan yolun hər qarışında Heydər Əliyevin işıqlı zəkasının izləri var. Əldə etdiyimiz Zəfər Azərbaycan xalqının Milli Qurtuluşunun varisi, azərbaycançılıq məfkurəsindən boy atan qəhrəmanıdır.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

Millət vəkili Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ən ağır günlərində xalqın tələbi ilə parçalanmaq, məhv olmaq ərəfəsində olan bir dövləti xilas etmək, qorumaq və dirçəltmək amalı ilə hakimiyyətə qayıtdığı günlərə də diqqət çəkib:


“1993-cü il iyunun 15-dən başlayan proseslərə nəzər salsaq, xaosun, özbaşınalığın, vətəndaş qarşıdurmasının məngənəsində əzilən, parçalanmaqda olan bir ölkənin xilası mümkünsüz görünür. Dövlət idarəçiliyi – yox, ordu – yox, iqtisadiyyat – yox, ölkə cəsus şəbəkələrinin, separatçı qrupların, quldur dəstələrinin əlində aciz qalıb. Və belə bir məqamda Heydər Əliyev öz xilaskar missiyasını həyata keçirməyə başlayır, Azərbaycanın xarabalıqları üzərindən Azərbaycan tarixinin ən güclü dövlətinin əsaslarını qurur, onun müstəqilliyinin əbədiliyinə zəmanət verir, dünyanın unutduğu bir dövləti dünyanın geosiyasi mərkəzlərindən birinə, qitələrarası körpüyə çevirir.  Bu, misli görünməmiş bir nailiyyətdir. Bu, insan zəkasının, xarakterinin əbədiyyətədək xatırlanacaq təntənəsidir”.


Azər Kərimli qeyd edib ki, zaman keçdikcə Heydər Əliyevin işıqlı obrazı illərin arxasından daha aydın, daha qabarıq görünür: “Azərbaycan inkişaf etdikcə, yeni uğurlara imza atdıqca, əldə olunan hər bir nəticədə Heydər Əliyevin arzularının, əkdiyi toxumların necə boy atdığının şahidi olacağıq.”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?