Futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.
Modern.az xəbər verir ki, bu qrupun ilk oyununda Polşa və Slovakiya yığmaları üz-üzə gəliblər. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşma slovakiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, E qrupunun digər oyunu bu gün İspaniya və İsveç yığmaları arasında keçiriləcək.