Modern.az

Ağstafada \"Son zəng\" bıçaqlanma ilə başa çatdı

Ağstafada \

14 İyun 2021, 22:56

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

 

11-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Bayramlı Ramal Rüstəm oğlu bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə, hadisə son zəng tədbirindən sonra baş verib. R.Bayramlını sinif yoldaşı, 2004-cü il tüvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu bıçaqlayıb. Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, cinayəti törətdiyini etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...