Arxiv
17 İyun 2021, 16:48 | AKTUAL
Pərvanə İbrahimova ərəb mətbuatında Şuşadan YAZDI

Jurnalist Pərvanə İbrahimovanın Misirin “Asiaelyoum”, “Alqraralaraby”, “Embassies”, “Nilenews”, Küveytin “Q8-press”, Əlcəzairin “Əl-Hərir”, “Dzayerinfo”,  İraqın “Agnaden”, “Sindibad” və Fələstinin “Al-bayader” xəbər agentlikləri və portallarında “Şuşa şəhəri Azərbaycanın və İslam dünyasının mədəniyyət paytaxtıdır” başlıqlı geniş məqaləsi dərc olunub. 

 

Məqalədə bildirilir ki, strateji cəhətdən böyük önəmə malik olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı Ermənistanı və Qarabağ bölgəsini birləşdirən Laçın dəhlizini ələ keçirməyi asanlaşdırdı və son nəticədə Azərbaycanın Dağlıq Qarabağ ərazisi erməni qüvvələri tərəfindən işğal edildi. Lakin təcavüzkar Ermənistan bununla kifayətlənmədi və Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını da işğal etdi. 

 

Müəllif qeyd edir ki, Ermənistanın ərazi iddiaları ilə başlayan münaqişənin ilkin dövrlərində və sonrakı mərhələlərdə İslam Konfransı Təşkilatı (hazırda İƏT) Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələr qəbul edib. Bununla yanaşı, Azərbaycan bütün yüksək səviyyəli tədbirlərdə, görüşlərdə ədalətin bərpasını və işğala son qoyulmasını tələb edib və İƏT ilə yanaşı, digər beynəlxalq təşkilatlar da Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması tələbini özündə əks etdirən qərar və qətnamələr qəbul edib. Lakin son 30 ildə BMT Təhlükəsizlik Şurasının işğal faktını təsdiqləyən 4 qətnaməsinin icra edilməsi yönündə heç bir addım atılmayıb, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılsa da, ərazilərimizin işğalına son qoymaq üçün heç bir əməli tədbir görülməyib. 

 

Jurnalist Pərvanə İbrahimova vurğulayır ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək üçün başlatdığı əməliyyatlara əks-hücumla cavab verən Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdırıb və əzəli torpaqlarımızı işğaldan azad etməklə bu ərazilərdə mövcud olan tarixi, mədəni, dini abidələr, o cümlədən məscidlər, türbələr, qəbiristanlıqlar da girovluqdan xilas olunub.

 

Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların ərazilərindəki 67 məscidin işğalçılar tərəfindən vandalizmə məruz qaldığını, dağıdıldığını yazan jurnalist əlavə edir ki, işğalçı qüvvələr və həmin ərazilərdə qanunsuz olaraq məskunlaşan ermənilər müsəlman dini dəyərlərinə hörmətsizlik edərək həmin məscidləri murdarlayıb, ibadətgahlarda ev heyvanları, o cümlədən İslam dinində haram hesab edilən donuz saxlamaqla, təkcə azərbaycanlıların deyil, bütövlükdə müsəlman aləminin heysiyyətinə toxunublar.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihənin icrasına başlanıldığını qeyd edən müəllif layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçirildiyinə də diqqət çəkib. 

 

Məqalədə Şuşa şəhərinin tarixinə də nəzər salınıb və qeyd edilib ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa XVIII əsrdə Azərbaycanın və Qafqaz regionunun ən mühüm şəhərlərindən birinə çevrilib, onun ətrafında böyük sədd çəkilib, dini ibadətgahlar inşa edilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Xüsusi memarlıq uslubu ilə seçilən, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə görkəmli tarixi şəxsiyyətlər bəxş edən, “Azərbaycan musiqisinin beşiyi” sayılan Şuşa Qarabağ regionunun təbii və tarixi abidəsi hesab olunur. 

 

Jurnalist Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə diqqət çəkərək yazır: “Şuşa 2021-ci il 12-13 may tarixlərində Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva, ailə üzvləri, ictimai-siyasi xadimlər və sənət adamlarının iştirak etdiyi “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməklə, 29 ildən sonra, bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenə doğmalarını və qonaqlarını qarşılayıb. Prezident İlham Əliyev çıxış edərək uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” festivalının şəhidlərin əziz xatirəsinə həsr olunduğunu bildirib: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

 

Şuşada vaxtilə 17 məscidin olduğuna diqqət çəkən müəllif işğal dövründə onların hamısının dağıdıldığını, yarıdağıdılmış vəziyyətdə olan Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidlərinin isə bərpasına başlanıldığını yazır. 

 

Prezident İlham Əliyevin Şuşada yeni bir məscidin təməlini qoyduğunu yazan jurnalist onun Şuşanın ən görkəmli abidələrindən biri olacağını vurğulayır və məqaləsini belə bitirir: “İslam dini və mədəniyyətinin ayrılmaz hissəsi olan Şuşa şəhəri təkcə Azərbaycanın deyil, həm də İslam dünyasının mədəniyyət paytaxtına çevriləcək”.



Yazılara bu linkdən daxil olmaq mümkündür:

 

https://www.al-bayader.org/2021/06/474190/

 

https://www.agnaden.net/?p=3772

 

https://www.nile1.com/%d8%af-%d8%a8%d8%a7%d8%b1%d9%81%d8%a7%d9%86%d8%a7-%d8%a5%d8%a8%d8%b1%d8%a7%d9%87%d9%8a%d9%85%d9%88%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d9%85%d8%af%d9%8a%d9%86%d8%a9-%d8%b4%d9%88%d8%b4%d8%a7/

 

https://www.q8-press.com/%D9%85%D8%AF%D9%8A%D9%86%D8%A9-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B9%D8%A7%D8%B5%D9%85%D8%A9-%D8%AB%D9%82%D8%A7%D9%81%D9%8A%D8%A9-%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%84/

 

https://alharir.info/%D9%85%D8%AF%D9%8A%D9%86%D8%A9-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B9%D8%A7%D8%B5%D9%85%D8%A9-%D8%AB%D9%82%D8%A7%D9%81%D9%8A%D8%A9-%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%84/

 

https://www.asiaelyoum.com/94306/2021/06/14/%d9%85%d8%af%d9%8a%d9%86%d8%a9-%d8%b4%d9%88%d8%b4%d8%a7-%d8%b9%d8%a7%d8%b5%d9%85%d8%a9-%d8%ab%d9%82%d8%a7%d9%81%d9%8a%d8%a9-%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d9%84/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:59 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40 Nazir “Bakı bəyannaməsi”nin əhəmiyyətindən danışdı 28 İyul 2021, 10:34