Arxiv
17 İyun 2021, 19:54 | AKTUAL
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib

Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkədə yerli və regional demokratiyanın vəziyyəti, eləcə də Avropa Xartiyasının icrası ilə bağlı çıxış edib. Nazir müavini videokonfransda torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə həmin ərazilərdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və keçmiş məcburi köçkünlərin uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olduğunu xüsusilə diqqətə çatdırıb, ötən il Ermənistanın hərbi təxribatlarına cavab olaraq aparılmış Vətən müharibəsində ölkəmizin qələbə qazanaraq işğala son qoyduğunu vurğulayıb.

 

Konfransda müharibənin dinc əhalimiz üçün ağır nəticələri barədə Nazirlik tərəfindən Konqresin ətraflı məlumatlandırıldığı bildirilərək hazırda həmvətənlərimizin öz doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə azad olmuş ərazilərdə nəhəng bərpa və quruculuq işlərinin aparıldığı qeyd olunub. Lakin Ermənistan tərəfindən soydaşlarımızın təhlükəsiz qayıdışına əngəl törətmək məqsədilə ərazilərimizin minalandığı və bunun mülki əhali arasında yeni qurbanlara səbəb olduğu, müharibədən sonra 140 nəfərdən çox insanın minalara düşdüyü, onlardan 27-nin, o cümlədən bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla 3 nəfərin həlak olduğu diqqətə çatdırılıb.

 

Yalnız beynəlxalq ictimaiyyətin çağırışlarından sonra Ermənistanın təkcə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdiyi qeyd olunaraq, insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması naminə Konqres üzvləri işğaldan azad edilmiş digər ərazilərdə də Ermənistanın quraşdırdığı mina xəritələrini verməsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün səslərini ucaltmağa çağırılıb.

 

Tədbirdə bu problemin həllindən sonra azad edilmiş ərazilərimizə qayıdacaq vətəndaşlarımızın yerli özünüidarəetmə hüquqlarının təmin edilməsində Konqresin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36 Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub 30 İyul 2021, 15:36 Şuşanın ərazi planlaşdırma layihəsi jurnalistlərə təqdim olundu 30 İyul 2021, 15:34 "124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş 30 İyul 2021, 15:29 Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI 30 İyul 2021, 15:26 Türkiyə səfiri Azərbaycana təşəkkür etdi 30 İyul 2021, 15:20 ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb - FOTOLAR 30 İyul 2021, 15:14