Modern.az

BMT baş katibi Bayden-Putin görüşünü alqışladı

BMT baş katibi Bayden-Putin görüşünü alqışladı

17 İyun 2021, 23:03

“Dünən Cenevrədə ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasındakı görüşdə qəbul edilən qərarlardan məmnunuq”.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin yazılı açıqlamasında deyilir.

 

 

O, Putin-Bayden Zirvəsindən sonra yayımlanan Strateji Sabitlik Birgə Bəyanatını, xüsusən nüvə müharibəsində qazananın olmaması və əsla müharibə aparılmaması prinsiplərinə sadiqliyin açıqlanmasını məmnuniyyətlə qarşılayıb:

 

“Bundan başqa, Rusiya və ABŞ-ın inteqrasiya edilmiş ikitərəfli Strateji Sabitlik Dialoqu niyyətində olmasından məmnunluq duyuruq. Bunun dünyanın ən böyük nüvə cəbbəxanalarının ölçülərinin kiçildilməsi də daxil olmaqla, silahların idarə edilməsinə nəzarət tədbirlərinə yol açacağına ümid edirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır