Modern.az

Alagöldə boğulan hərbçimizin meyiti tapıldı - YENİLƏNİB

Alagöldə boğulan hərbçimizin meyiti tapıldı - YENİLƏNİB

18 İyun 2021, 11:00

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

 

09:30

***

FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu göldə çimərkən boğularaq həlak olub.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...