Arxiv
18 İyun 2021, 10:42 | MƏDƏNİYYƏT
91 yaşlı Bakı sakini uzunömürlülüyünün sirrini Modern.az-la bölüşdü – MÜSAHİBƏ + VIDEO

“Nişinin kitablarından çox faydalanmışam”

“İstəyirəm ki, İlham Əliyevin yerinə heç kim keçməsin, çünki başqası onun kimi bacarıqlı ola bilməyəcək”

Modern.az
saytı Bakının ən yaşlı sakinlərindən biri ilə həmsöhbət olub. Paytaxtda insanlara çəkilərini öyrənməkdə kömək edən İdris Rəhimovla müsahibəni təqdim edirik: 

- Bakıda doğulmuşam və bu şəhərdə yaşayıram. Artıq 91 yaşın içindəyəm. 100 yaşımı tamam etməyi qarşıma məqsəd qoymuşam.

Şəxsi həyatım isə çox uğursuz olub və bu barədə danışmaq istəmirəm. Mən hər gün milliyyətindən, dilindən və dinindən asılı olmayaraq yer üzündən köçən bütün insanlar üçün salavat çevirirəm.

Atam iranlı olub və Bakıya gəldikdən sonra burada evlənib və bu şəhərdə yaşamağa başlayıb. Əsgərliyimi 4 il Krımda çəkmişəm. O zaman komandirimin fotoaparatı vardı və mən onun üçün çoxlu şəkillər çəkirdim. Şəkillər onun o qədər xoşuna gəlirdi ki, bayramlarda məni evinə aparıb uşaqlarının da şəklini çəkdirərdi. Sonda xidmətimi bitirəndə isə o fotoaparatı mənə hədiyyə etdi.


- 91 yaşın sevincini kiminlə bölüşürsünüz? Tək yaşayırsız, yoxsa?..


- Tək yaşayıram. Əvvəl qardaşımla birgə qalırdıq. Yaşadığım ev atamdan mənə yadigar qalıb. Səməd Vurğun bağının yanında yaşayıram.

Qardaşım Əjdər Rəhimov Ərəb dili tərcümıçisi olub. Təəssüf ki, o, mənim sözümə baxıb sağlam qidalanmadı, idman etmədi. Məndən də 7  yaş kiçik idi. Məndən kiçik olsa da, məndən tez dünyasını dəyişdi. Vaxtilə redaktor da işləyib. Öz övladlarım yoxdur, lakin qardaşım və bacımın uşaqları var. Onlarla da yaxın əlaqələrim yoxdur. 91 yaşın sevincini küçədə qeyd edirəm və sevincimi bölüşmək üçün pulsuz çəki aksiyasına başlamışam.
Tək yaşamağın xeyirli tərəfi ilə yanaşı, bəzi zərərli tərəfləri də var. Məsələn, evimdəki qazan, çaydan xarab olub. Yaddaşım korlanıb. Bəzən qazanı qazın üstünə qoyub yatıram, yadımdan çıxır.


- Neçə ildir Bakı küçələrində tərəzi işlədirsiniz? Bu iş sizə gəlir gətirir?


- 15 ildən çoxdur ki, tərəzi ilə insanların çəkisini ölçməklə məşğulam. İş zamanı müxtəlif tərəzilərdən istifadə etmişəm. Hazırda gördüyünüz bu tərəzi də mənim ən yaxın “yoldaşımdır”. Bu iş mənə müəyyən qədər gəlir gətirib və mən qazancımın əsas hissəsini xeyriyyə məqsədi ilə xərcləyirəm. Uzun illərdir məhz bu ünvanda - Dilarə Əliyeva 235 A ünvanında işləyirəm.


- Bəs insanların tərəziyə münasibəti necədir? Qadınlar, yoxsa kişilər daha çox çəkisini öyrənmək istəyir?



- Bu tərəzi işindən çox böyük zövq alıram. Balaca uşaqlar analarının əlindən qopub qaçaraq tərəziyə çıxırlar. Analar isə bəzən pulları olmadığı üçün utanır ya da uşağı danlamağa başlayırlar. Mən isə onlardan pul almıram.

Əvvəllər qadınlar, əsasən də cavan qızlar tərəzidən istifadə edirdilər. İndi isə kişilər də tez-tez çəkiləri ilə maraqlanırlar. Bəziləri deyir ki, burdan çıxıb idmana gedəcəyəm.


- Pensiya alırsınız? Ümumiyyətlə, tərəzi işindən başqa gəlir mənbəyiniz var?


- 90 yaşım iyunun 6-da tamam oldu. Artıq 91 yaşımdayam. Pensiyam 300 manata yaxın idi, amma son 4-5 aydır ki, 52 manat kəsilib və mən bununla bağlı kimə müraciət edəcəyimi bilmirəm. Amma dəqiq bilirəm ki, pensiyamın belə əsassız kəsilməsindən cənab Prezidentimizin xəbəri yoxdur. Kimlər isə halal pensiyama əl uzadıb haramçılıq edir. Amma belə ehtiyaclı vaxtımda pensiyamı kəsməli deyildilər.


- Bizə həyat tərziniz və qida rasionunuzla bağlı məlumat verə bilərsiniz? Sizcə uzunömürlülüyünüzün sirri nədədir?


- Qohum-əqraba evində heç nə yemirəm. Yeməyimi evdə özüm hazırlayıb yeyirəm. Evimin balkonu üzü dənizə baxır. Səhər saat 5-də yuxudan durub dənizə baxdıqdan sonra idman etməyə başlayıram. O vaxtı bayırda çox adam olmur. Yerdə çoxlu “jim edirəm” və ondan sonra isə soyuq su ilə yaxalanıram. Sonra “Badamlı”ya bir qaşıq bal qarışdırıb içirəm. Bakıda satılan qara çaylarını isə içmirəm. Çünkü bilirəm ki, onlar kimyəvi tərkiblidri və çox ziyanlıdır. Zəncəfil, limon və  balı qarışdırıb içirəm. Yeməyimə isə çoxlu küncüt qatıram. Dişim olmadığı üçün daha çox yumşaq qidalara üstünlük verirəm. Qatıqdan çox istifadə edirəm. Küncütdən isə ona görə çox istifadə edirəm ki, onu yeməyə qatıb yeyən kimi məni yuxu tutur. Axşam yerimdə tək uzananda bütün ölən yaxın qohumlarımın xatirəsi gözlərimdə canlanır. Ona görə də axşamlar küncütdən daha çox istifadə edirəm ki, yatıb bütün kədərimi unudum. Əgər istəsəniz, sizin üçün çantamı açıb və hazırda qidalandığım qidaları da sizə göstərə bilərəm. Yapon alimi  Nişi deyir ki, evdə çox yatma. Əgər çox yatsan, infakt səni çox tez tutar. Nişinin kitablarını çox oxumuşam və bu mənim üçün çox faydalı olub. Uzunömürlülüyün sirri məncə sağlam qidalanma və idmandadır.


- Biz də sizin 90 yaşınızınızı təbrik edirik. Sizə can sağlığı və işinizdə uğurlar arzu edirik. Sonda hansıa arzunuzu dilə gətirə bilkərsiniz...

-
Bizim Prezidentə böyük qiymət verirəm. Cənab Əliyev televizorda dedi ki, “işğalçı erməniləri iti qovan kimi qovduq torpaqlarımızdan”. Mən bunu öz qulaqlarımla eşitdim. Mən yaşadığım dövr ərzində çox prezidentlər görmüşəm, amma heç birinin vaxtında Bakı indiki kimi gözəl olmayıb. Bilirəm, indi o, çox məşğuldur, amma Prezidentdən xahiş edirəm ki, pensiyamın bərpa olunmasına yardım göstərsin. Çünki pensiyam və tərəzi işindən qazandığım pullardan aylıq yaşam xərclərimi çıxmaq şərtiylə qalan hamısını kasıblara paylayıram.
Mən sizə düz deyirəm və heç vaxt doğru bilmədiyimi deməmişəm. Hazırkı prezidentimiz Əliyevin cənab Putinlə çox yaxşı münasibətləri var və o, həlledici məqamlarda öz şəxsi nüfuzundan bu xalq üçün istifadə edir. Ona can sağlığı arzu edirəm. İstəyirəm ki, İlham Əliyevin yerinə heç kim keçməsin, çünki bilirəm ki başqası onun kimi beynəlxalq siyasətdə  bacarıqlı ola bilməyəcək. Xalqımıza xoş və firavan günlər arzu edirəm. Mən bu azad vətənimdə anasının əlindən tutub yeriyən körpə balaları görəndə çox sevinirəm, çünki onlar böyüyüb bu dövləti, bu milləti qoruyacaqlar.
 

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən VİDEO 22 Oktyabr 2021, 19:56 Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi 22 Oktyabr 2021, 19:43 Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi 22 Oktyabr 2021, 19:29 Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi 22 Oktyabr 2021, 19:13 Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28 Şəhidin xanımı dəfn olundu - FOTOLAR 22 Oktyabr 2021, 16:23 Saatlıda içməli su təchizatı yaxşılaşdırıldı 22 Oktyabr 2021, 16:17 Hava kəskin dəyişəcək, temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 22 Oktyabr 2021, 16:12