Arxiv
20 İyun 2021, 08:54 | AKTUAL
Seçim günü gəldi: ermənilər qutudan nə çıxaracaq?

Ermənistanda “sükut günü” qarşılıqlı ittihamlarla keçdi: müxalifət və hakimiyyət bir-birini təbliğat qaydalarını pozmaqda, saxta bülletenlərin hazırlanmasında ittiham edir.

Bu, seçki günü və sonrakı mənzərənin başlanğıcıdır:

- Qutudan nə çıxmasından asılı olmayaraq, tərəflərdən biri nəticəni tanımayacaq;

- Seçki məntəqələri bağlanandan sonra İrəvan küçələrində etirazlar və qarışıqlıq qaçılmazdır.

Qutudan çıxa biləcək iki ssenari var:

Birinci: Paşinyanın hökuməti təkbaşına formalaşdıracaq səs faizi;

İkinci: Parlament müxalifəti (Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan partiyaları) ilə koalisiya hökuməti qurmaq.

Hakimiyyət hədəfinin 50+ faiz olduğunu açıq şəkildə bəyan edib və təkbaşına hökumətin formalaşdırılması Paşinyana müharibədən sonra itirdiklərini və rəqiblərini “əzə bilmək” gücünü qazanmağa imkan verir. Hərçənd, indiki situasiyada təkbaşına hökumət formalaşdırmaq Nikol üçün taxtını saxlamağa da risklər yarada bilər, bu baxımdan, ikinci ssenari daha çox mümkün görünür.

  • 1. Qutudan təkbaşına hökumət quracaq qədər səs çıxararsa, küçə iğtişaşlarının qarşısını almaq çətin olacaq;

  • 2. Parlament müxalifəti ilə koalisiyaya getmək Rusiyanın da istəyinə uyğundur: Moskva 2018-ci ildə Qərbin gəlişinin qarşısını ala bilməyəndə “Çiçəklənən Ermənistan”ın ana müxalifət olduğu parlamentlə razılaşdı, indi yenə eyni qüvvələrlə Paşinyan hakimiyyətinin seçkidən sonra anti-Rusiya siyasətinə qarşı müdafiə xətti yarada bilər; üçtərəfli razılaşmaların icrası və sərhədlə bağlı yeni müqavilənin imzalanması üçün ruslara Paşinyan lazımdır, amma təkbaşına güc olaraq yox;

  • 3. Koalisiya hökuməti Paşinyana seçkidən sonra sərhəd müqaviləsi və Qarabağ məsələsində atacağı addımlarda məsuliyyəti təkbaşına üzərinə götürməmək, gələn təzyiqləri bölmək üçün sərf edə bilər.

  • Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini təyin etməmişdən öncə Qaqik Çarukyan (Çiçəklənən Ermənistan) və Edmon Marukyanla (İşıqlı Ermənistan) görüşməsi, onlardan baş nazir postuna namizəd irəli sürməyəcəklərinə dair vəd aldıqdan sonra 20 iyunu seçki günü elan etməsi də bu partiyalar arasında koalisiya hökuməti ilə bağlı gizli razılaşmanın olduğu fikrini gücləndirir.


    Paşinyanın əlini gücləndirən amillər də seçkidə həlledici rol oynaya bilər:

    - İnzibati resurslar hakimiyyətin əlindədir;

    - Qərbin mövcud hakimiyyətə dəstəyi seçkiyə müdaxilə ilə bağlı mümkün təzyiqləri zəiflədir;

    - Müxalifət vahid deyil və bu, seçkidən sonra etirazların miqyasına da təsir edə bilər: son rəy sorğularına görə, üçüncü yerdə olan Serj Sarkisyanın “Şərəfim var” bloku Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu seçki məntəqələrinə öncədən bülleten gətirməkdə ittiham edir; 4 siyasi blok, 22 partiyanın seçkidə ayrılıqda iştirakı müxalifətin səsini parçalayır və seçkinin nəticələrinə etiraz üçün birləşəcəyi imkanlarını azaldır.

    Əsas sual: Koçaryan nə olacaq?

  • 1. Koçaryanın təkbaşına hökuməti formalaşdıracaq səs toplaması çətindir. Təkcə ona görə yox ki, bu qədər elektoratı yoxdur, həm də Paşinyan inzibati resurslarla buna imkan verməyəcək;

  • 2. Koçaryanın digər müxalifət partiyaları və siyasi bloklarla da münasibətləri isti deyil: bu, onun digər partiyalarla birləşib koalisiya hökuməti formalaşdırmaq imkanını da azaldır;

  • 3. Koçaryanın missiyası var: parlamentə düşmək və müxalif cameədə əsas qüvvə olmaq (bu, ana müxalifət demək deyil): Rusiya Robertdən davamlı təzyiq rıçağı olaraq istifadə edəcək.

  • Artıq ermənilər üçün “böyük seçimə” saatlar qalıb və hər kəs bir fikirdə ortaqdır: gün maraqlı olacaq...



    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12 Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir” 27 İyul 2021, 10:10