Modern.az

Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu

Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu

23 İyun 2021, 22:44

İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekord müəyyənləşdirib.

 

Modern.az xəbər verir ki, 30 yaşlı hücumçu E qrupunun III turunda Polşa ilə matçda buna nail olub.

 

Qarşılaşma başlayandan 1 dəqiqə 22 saniyə sonra hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb. O, II turda fərqlənən danimarkalı Yussuf Poulsenin nəticəsini də geridə qoyub.

 

Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci saniyədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır