Arxiv
25 İyun 2021, 09:12 | REPORTAJ
Doğulan qızını görməyən şəhid: “Adını Məryəm qoyarsız” - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 14 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, 10 hərbi qulluqçumuz hazırda itkin düşmüş sayılır.

Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək olan sonbeşiklərini görmədən bu dünyadan köçdülər.


Modern.az
-ın məlumatına görə, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib. Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.

 

Dünyaya gələcək övladına ad verib, üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Vüsal Tahir oğlu Quliyevdir


Arayış:
Vüsal Quliyev 1985-ci il iyunun 5-də Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər Xarici Dillər Gimnaziyasında təhsil alıb. Azərbaycan Ordusunun kapitanı olan Vüsal Quliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Tərtərin Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də  Suqovuşan döyüşləri zamanı şəhid olub. Lənkəran şəhər Şiləvar qəbristanlığında dəfn olunub.


Şəhidin həyat yoldaşı Fərqanə Quliyeva Modern.az-a döyüşçümüz haqqında danışıb:


“Həyat yoldaşım Tərtər rayon N saylı hərbi hissədə kəşfiyyat rəisinin köməkçisi vəzifəsində xidmət edirdi. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də qəhərmancasına şəhid olub. Rayonmuzun 4-cü, Lənkəran şəhərinin 1-ci şəhididir. 2018-ci ildə “Azərbaycan ordusunun  100 illiyi” medalı ilə təltif olunub. Ölümündən sonra isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub”.


Fərqanə xanım deyir ki, Vüsalın övladının dünyaya gələcəyindən xəbəri var idi:

“Körpəmizin qız olacağını bilmirdik, amma Vüsal demişdi ki, “qızım olacaq, adını Məryəm qoyarsız”. Böyük uşaqlarımıza- 8 yaşlı qızımıza Rüqəyya, 7 yaşlı oğlumuza isə Hüseynəli adını vermişdi. Şəhidim Allaha, dininə çox bağlı olduğu üçün övladlarına dini adlar seçmişdi. Ən böyük arzusu övladlarına mükəmməl təhsil vermək, onları cəmiyyətə xeyirli övlad kimi yetişdirmək idi. Həmişə övladlarına deyərdi ki, “hansı sahəni seçirsizsə seçin, amma çalışın ki, işinizdə mükəmməl olasınız”. Arzuları çox idi, danışmaqla bitməz. Övladlarına həm ata, həm də dost idi.  35 illik ömrünün 18 ilini hərbi sahəyə həsr etdi. Gözlərini əbədiyyən yumdu, arzuları yarımçıq qaldı...”.


Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Merkelin şərəfinə qızıl sikkə hazırlandı 25 Sentyabr 2021, 17:00 Kəlbəcər ilk qar yağdı - VİDEO 25 Sentyabr 2021, 16:52 Ötən gün PEYVƏNDLƏNƏNLƏR 25 Sentyabr 2021, 16:45 Yoluxma azaldı - 18 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Nazir yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Zaqatalada sel ölümə səbəb oldu 25 Sentyabr 2021, 16:29 Binəqədidə ağacəkmə aksiyası - Fotolar 25 Sentyabr 2021, 16:22 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47
SORĞU Hansı vaksinə etibar edirsiniz?