Arxiv
30 İyun 2021, 13:56 | MƏDƏNİYYƏT
Şəhid ailəsində konflikt - Medal kimə düşür: ata-anaya, yoxsa həyat yoldaşı və uşaqlara?

Modern.az saytına müraciət edən Vətən müharibəsi şəhidlərindən birinin xanımı (etik səbəblərdən adını yazmırıq-red.) ölkə başçısının sərəncamı ilə həyat yoldaşına verilən medalların ona deyil, döyüşçünün valideynlərinə təqdim olunmasından narazılıq edib.

Şəhid xanımı bildirib ki, verilən medal döyüşçünün ata-anasına yox, həyat yoldaşı kimi ona və ya uşaqlarına təqdim olunmalıydı. Belə məlum olub ki, şəhidi xanımı və uşaqları çoxdandır qayınata-qayınanadan ayrı yaşayır. Hazırda şəhid ailəsi bununla bağlı müvafiq qurumlara müraciət etmək haqda düşünür.


Bəs qaydalara görə, necə olmalıdır: medal şəhidin xanımı və uşaqlarına, yoxsa valideynlərinə verilməlidir?


Modern.az
-ın əməkdaşı bu məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovla danışıb.


Ş.Ramaldanovun sözlərinə görə, təqdimatlar zamanı zəhməti çox olan tərəfə üstünlük verilməlidir:


“Şəhidi ata və anası böyüdür, bütün zəhmətini onlar çəkir. Şəhid 10 ay, 1 il və  daha çox  müddətdə ailə qurmuş ola bilər, ancaq müqayisə etsək, ata və ananın zəhməti ölçüyəgəlməzdir. Təqdimatlar da zəhməti çox olan tərəfə verilməlidir. Ancaq qanunda belə bir şey yoxdur, mən şəxsi fikirlərimi səsləndirirəm.

Bizə də müraciətlər daxil olur ki, şəhidin həyat yoldaşı evi tərk edərək, ata evinə qayıdıb və medalların ona verilməsinin istəyir.
Şəhidin valideyini də deyir ki, “mən əziyyət çəkib oğul böyütmüşəm, təsəlli kimi medelları bizə qalmalıdır”. Müraciətlər zamanı biz də çalışırıq ki, ata və ananı üstün tutaq".


Hərbi ekspert deyib ki, yuxarıdakı fikirlər əsasən gənc ailələrə şamil oluna bilər. Çünki hansısa şəhidin övladı 18 yaşını tamam edibsə, artıq o, vərəsə sayılır və bu məsələdə üstün tərəfdir.


"Pul təminatı zamanı isə vəsait qanunla ata-ana və həyat yoldaşı arasında bölünə bilər. Ancaq medalı bölmək olmur ya valideyinlərə, ya da həyat yoldaşına verilməlidir. Bu məsələdə mənəvi dəyərlər də üstün tutulur. Həyat yoldaşı şəhidə hörmət edərək, onun valideyinlərini uca tutmalıdır. Şəhidin həyat yoldaşı onun ruhunun inciməməsi üçün buna etiraz etməli deyil”,- Ş.Ramaldanov əlavə edib. 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15