Modern.az

Müdafiə Nazirliyindən medal ala bilməyən döyüşçülərə XƏBƏR VAR

Müdafiə Nazirliyindən medal ala bilməyən döyüşçülərə XƏBƏR VAR

6 İyul 2021, 16:42

Bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə təqdim olunub.


Modern.az xəbər verir ki, bu barədə iyulun 6-da Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşdə bildirilib.


Görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib.


Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.


2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə təqdim olunub.

Qeyd edilib ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub