Arxiv
13 İyul 2021, 13:04 | ÖLKƏ
Bəzi sahələrdə vaksin vurdurmayanlar işdən çıxarıla bilər - Komitə sədrindən XƏBƏRDARLIQ

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.


Qeyd edək ki, Azərbaycanda vaksin vurdurmaq könüllü olsa da, artıq bir neçə ölkədə bu proses daha da sürətli aparılması üçün məcburi hala gətirilib.


Maraqlıdır, Azərbaycanda da peyvəndlənmə məcburi ola bilərmi?


Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev Azərbaycanda vaksinasiya prosesinin məcburi xarakater dayışa biləcəyi barədə mümkün ehtimalları Modern.az-la bölüşüb.


Onun sözlərinə görə, xarakterindən asılı olaraq, peyvəndlənməyən şəxslərin işdən azad olunması mümkündür:


“Azərbaycanda vətəndaşı peyvənd olunmağa məcbur etməyəcəklər. Sadəcə, işin xarakterindən asılı olaraq bəzi yerlərdə ola bilər ki, peyvəndlənməyən şəxslər işdən azad olunsunlar. Məsələn,  tibb, təhsil - bir sözlə, vətəndaşlarla ünsiyyətdə olan sahə işçilərinin vaksinasiyası vacibdir. Həmin sahə işçiləri şüurlu şəkildə bunu başa düşməlidir. Həm özlərini, həm də vətəndaşları qorumaq üçün vaksin vurdurmalıdılar”.


Deputat deyib ki, ilin sonuna kimi vaksinasiya prosesini sürətli davam etdirsək, məhdudiyyətlərə ehtiyac olmayacaq:


“Ola bilər Azərbaycanda vaksinasiya prosesinin daha da sürətli aparılması üçün bir sıra məhdudiyyətlər tətbiq olunsun. Amma hələ ki bizdə vaksinasiya prosesi normal davam edir. Hesab edirəm ki, bu ilin sonuna qədər vaksinasiya prosesini belə uğurlu davam etdirsək, məhdudiyyətlərə və məcburiyyətlərə ehtiyac qalmaz.

Amma monitoriq aparılsa və ya Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi sahələrdə vaksinasiyanın aparılmasına mütləq qaydada qərar versə, bunu məqbul hesab etmək olar. Çünki dünya təcrübəsi bunu göstərir ki, vaksinasiya olunmayan şəxslər həm özləri, həm də ətrafdakılar üçün təhlükə mənbəyi kimi qalır”.

Azərbaycanda əhalinin vaksinasiyası 2021-ci il yanvar ayının ortalarından başlayıb.

Hazırda ölkəmizdə Çin istehsalı olan “Sinovac” (və ya “Koronavac”), Rusiya istehsalı olan “Sputnik V”, Britaniya və İsveçrənin birgə istehsalı olan “AstraZeneca”, ABŞ və Almaniyanın birgə istehsalı olan “Pfizer” vaksinlərindən istifadə edilir.

Rəsmi məlumata görə, dünənə kimi Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 633 334 təşkil edir.


Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi yad edildi - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10
SORĞU Hansı vaksinə etibar edirsiniz?