Arxiv
13 İyul 2021, 14:12 | MƏDƏNİYYƏT
“Bakılı oğlanlar”ın üzvü Musiqili Teatra Baş rejissor TƏYİN OLUNDU

Azərbaycan Respublikasının mədəniyyət naziri A.Kərimovun müvafiq əmri ilə tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Baş rejissoru vəzifəsinə təyin olunub.


Modern.az xəbər verir ki, bu barədə teatr kollektivinə “Zoom” vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib və eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz tövsiyələrini çatdırıb.

O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, yeni-yeni layihələr üzərində daha da əzmlə işlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.  


C.İmamverdiyev ona göstərilən etimada görə öz təşəkkürlərini bildirib: “Bu təyinat mənə olan inam və etibarın nümunəsidir, üzərimə düşən məsuliyyətimi daha da artırır.  Göstərilən bu etimadı doğruldacağıma, çalışdığım kollektivlə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim  son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Mən də o prinsipllərə sadiq qalacağıma və başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram. Təşəkkür edirəm”.


Qeyd edək ki, İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin “Filologiya” fakultəsini, daha sonra Moskvada ali rejissor kursunu bitirib.


O, “Парни из Баку” (“Bakılı oğlanlar”) komandasının yaradıcılarından biridir və bu sahədə uğurlu fəaliyyəti nəticəsində 1995-ci il Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu olub.


2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb.


C.İmamverdiyev eyni zamanda, ssenari müəllifi və rejissor kimi çox sayda yubiley, xatirə gecələri və konsert proqramlarına, ölkəmizdə keçirilən bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermiş, Mədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmişdir. Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin quruluşçu rejissoru olmuşdur.


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaya  quruluş vermiş, eyni zamanda, bu teatrda hazırlanan tamaşalarda videoinstalyasiya rejissoru kimi çalışmışdır.


1997-ci ildən bu günə qədər Bakı Müəllif Mahnıları Klubunun Prezidenti və 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Müəllif Mahnıları və Poeziya Festivalının təşkilatçısıdır.    


2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsində nəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.


Ayrı-ayrı vaxtlarda dəfə “Humay” Milli mükafatına layiq görülüb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37
SORĞU Hansı vaksinə etibar edirsiniz?