Modern.az

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? - Şirkətdən AÇIQLAMA

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? - Şirkətdən AÇIQLAMA

17 İyul 2021, 20:27

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr dəyişiklikləri olması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir:

 

"Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur".

 

Unikal.org-un məlumatına görə, SOCAR-ın vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və bir neçəsi işdən çıxarılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...