Modern.az

Azərbaycanda 16 yaşlı qızı ərə verməyə hazırlaşırlar - Hüquq müdafiəçisindən ETİRAZ

Azərbaycanda 16 yaşlı qızı ərə verməyə hazırlaşırlar - Hüquq müdafiəçisindən ETİRAZ

Hadisə

21 İyul 2021, 10:09

Azərbaycanda daha bir azyaşlı qızın ərə verilməsinə hazırlıq görülür.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə ictimailəşdirib.

 

Onun sözlərinə görə, bu gün Astara rayonu Rüdəkənar kəndində 16 yaşı hələ tamam olmayan Sumayə adlı qızın 30 yaşlı Lənkəran sakini İsmayılla nişan mərasiminin keçirilməsi barədə xəbər alıb.

K.Ağazadə sabah qız toyunun olacağını da qeyd edib.


“Qurban bayramında qoyun kəsərlər... Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər...”,- deyə Azərbaycan Uşaqlar Birliyinin sədri hadisəyə etiraz edib.

 

“Astara rayonu Rüdəkənar kəndinin sakini 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayəni Lənkəranda "pojarnik" işləyən 30 yaşlı İsmayıla nişanlayırlar!

 

Az sonra müsahibə verib deyəcəklər ki, vallah ad eləyirik, toyunu yaşı tamam olanda edəcəyik!”,- deyən hüquq müdafiəçisi etirazını bu formada ifadə edib.



K.Ağazadə nişan üçün hazırlanan tortun şəklini də sosial şəbəkədə paylaşıb. Və qeyd edib ki, azyaşlı qız kəndin icra nümayəndəsi ilə uzaq qohumdur. Bununla da o, icra nümayəndəsinin hadisəyə susqunluğunu qınayıb.

K.Ağazadə aidiyyəti qurumları məsələni diqqətə almağa çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü