Arxiv
23 İyul 2021, 11:26 | PARLAMENT
Kəlbəcərdə şəhid jurnalistlərə abidə qoyula bilər

“Jurnalistlərimiz Kəlbəcərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olublar. Şəhid jurnalistlərimizə abidənin qoyulması ilə bağlı təklifləri yüksək qiymətləndirirəm. Kəlbəcərin icra başçısı ilə rayon ərazisində şəhid jurnalistlərin xatirəsinə abidə ucaldılması barədə söhbətimiz olub”.

 

Bunu Modern.az-a açıqlamasında Kəlbəcərin deputatı Aqil Məmmədov deyib.

 

Deputat bildirib ki, Kəlbəcər rayonu ərazisində şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun abidəsinin ucaldılması vacibdir:

 

“Bununla həmin əraziyə gələcək turistlər, orada yaşayacaq sakinlər şəhid jurnalistlərimiz barədə məlumat alacaqlar. Şəhid jurnalistlərimizin anılması və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması üçün abidənin ucaldılması yaxşı olardı. İşğaldan azad olunmuş ərazilərimizə xaricdən media nümayəndələri, diplomatlar səfər edirlər. Həmin ərazilərə səfər edən xarici qonaqlar da görsünlər ki, günahsız insanlar ermənilərin basdırdığı minaların qurbanı olublar. Şəhid jurnalistlərimizin adının əbədiləşdirilməsi ilə bağlı görüləcək iş alqışlanmalıdır”.

 

Milli Məclisin üzvü, həmçinin xatırladıb ki, müharibənin qəbul olunmuş qaydaları var. Təəssüf ki, Ermənistan bütün qaydaları pozmaqla insanlıq əleyhinə cinayətlər törədib.

 

“Media nümayəndələrinə, tibb işçilərinə, dinc sakinlərə toxunmaq olmaz. Qarşı tərəf bütün beynəlxalq qanunları pozub. 10 noyabr bəyanatına əsasən, həmin əraziləri təhvil verən Ermənistan orada basdırdıqları mina xəritələrini də təhvil verməli idi. Hələ də bir neçə rayonun minalanmış ərazilərinin xəritələri təhvil verilməyib. Bunlar hamısı qaydaların pozulmasıdır və beynəlxalq təşkilatlar buna qiymət verməlidir”.

 

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

 

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34 Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılar 25 Sentyabr 2021, 11:27 Məğlub xalq sindromunu sındıran Zəfərin bir ili   25 Sentyabr 2021, 11:20
SORĞU Hansı vaksinə etibar edirsiniz?