Modern.az

Mingəçevirdə beşmərtəbəli binada yanğın

Mingəçevirdə beşmərtəbəli binada yanğın

25 İyul 2021, 22:00

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi