Arxiv
27 İyul 2021, 12:56 | AKTUAL
“Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir”

“Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər uğurla davam edir və bu, bütün ölkəni əhatə etməkdədir. Qeyri-neft sektorunun davamlı inkişafı, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iri sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr və iş yerləri yaradılır. Bu da yerlərdə əhalinin məşğulluğunun artırılmasına, rifah halının yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarıb.

 

Regionlarda infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində cənab Prezident şəxsən özü iştirak edir, istehsal müəssisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir, qaldırılan məsələlərin həll olunması üçün müvafiq göstərişlər verir”.

 

Modern.az xəbər vereir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

 

Onun sözlərinə görə, gənclərin sağlam ruhda tərbiyə olunması, pis vərdişlərdən kənar olması, bədən tərbiyəsinin inkişafı, həmçinin gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri məqsədilə ölkəmizdə yeni-yeni idman kompleksləri tikilməkdədir: “Dövlət başçısının Goranboy rayonunda açılışını etdiyi Olimpiya İdman Kompleksi burada yaşayan gənclərin idmana marağının artırılmasına, onların potensialının üzə çıxarılmasına, eyni zamanda idmanın kütləviliyinin təmin edilməsinə xidmət edəcək”.

 

“İşğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılanda cənab Prezident bəyan etmişdir ki, digər regionlarımızla bağlı nəzərdə tutduğumuz proqramlar və layihələr də paralel şəkildə icra olunacaq. Dövlət başçısının Naftalan şəhərinə, həmçinin Goranboy və Daşkəsən rayonlarına səfəri zamanı gördük ki, burada yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, yeni iş yerləri yaradılıb. Müxtəlif sahələri əhatə edən görülən işlər bu regionun da hərtərəfli inkişafına təkan verəcək, sakinlərin həyat səviyyəsinin yüksəlməsinə xidməd edəcək. Görünən odur ki, pandemiya səbəbindən dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə iqtisadi yüksəliş sürətlə davam edir. Bütün bunlar güclü dövlətimizin iqtisadi qüdrətindən xəbər verir”, - S.Möhbalıyev bildirib.

 

Deputat qeyd edib ki, Vətən müharibəsində işğalçı Ermənistan Azərbaycan Ordusunun qarşısında aciz duruma düşərək məğlubiyyətlə üzləşərkən bizim dinc sakinləri hədəf almağa başladı: “Cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhəri raket hücumlarına məruz qaldı. Xeyli mülki şəxs həlak oldu və yaralandı, infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Azərbaycan Ordusu isə müharibə qanunlarına tam əməl edərək Ermənistanın çirkin əmələrinin qisasını döyüş meydanında artıqlaması ilə aldı. Dövlət başçımız qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gedərək raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış oldu, həlak olan dinc sakinlərin xatirəsinə ehtiramını bildirdi. Bu, şəhidlərə, həlak olanla, ümumiyyətlə, müharibədən zərərçəkənlərə dövlətin diqqət və qayğısı ilə yanaşı, Ermənistan dövlətinin xain siyasətinin dünyaya nümayişi idi”.

 

“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır, mədəni və dini abidələrimiz bərpa edilir, elektrik xətləri çəkilir. Bərdə-Ağdam, Füzuli-Şuşa, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzulu-Hadrut, Füzuli-Cəbrayıl, Zəfər və digər yolların tikintisi davam etdirilir. Ərazilərin işğalçı Ermənistan tərəfindən minalanması və minalanmış ərazilərin xəritələrinin tam şəkildə Azərbaycana verilməməsi görülən işlərin daha tez başa gəlməsinə mane olur. Qeyd edim ki, müharibə başa çatandan indiyədək 150-yə yaxın vətəndaşımız minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Bu, Ermənistan dövlətinin terrorçu xislətini açıb göstərir. Dünya dövlətləri tərəfindən isə Ermənistana mina xəritələrinin verilməsi ilə bağlı heç bir təzyiq görmürük, - AHİK sədri əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır 25 Sentyabr 2021, 17:07 Merkelin şərəfinə qızıl sikkə hazırlandı 25 Sentyabr 2021, 17:00 Kəlbəcər ilk qar yağdı - VİDEO 25 Sentyabr 2021, 16:52 Ötən gün PEYVƏNDLƏNƏNLƏR 25 Sentyabr 2021, 16:45 Yoluxma azaldı - 18 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Nazir yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Zaqatalada sel ölümə səbəb oldu 25 Sentyabr 2021, 16:29 Binəqədidə ağacəkmə aksiyası - Fotolar 25 Sentyabr 2021, 16:22 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?