Modern.az

Şəhidin bank kartından pul oğurlandı

Şəhidin bank kartından pul oğurlandı

28 İyul 2021, 11:42

İyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi