Arxiv
30 İyul 2021, 09:01 | AKTUAL
Kəlbəcərin hədəf seçilməsinin səbəbi - Sabiq nazir ŞƏRH EDİR

Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələri yenidən “canlanmağa” başlayıb. Atəşkəs razılaşmasını heçə sayan erməni tərəfi xüsusilə Kəlbəcər istiqamətində təxribatlara əl ataraq, dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.

 

Məğlub Ermənistanın 10 noyabr bəyanatına zidd olaraq atəşkəsi pozması regionda sülh və təhlükəsizliyi aşkar şəkildə təhdid altına alır. Nədənsə, ATƏT-in Minsk qrupu və digər güclər Yerevanın təxribatlarına göz yumaraq, heç nə olmamış kimi davranırlar. Bu isə gərginliyi daha da alovlandırır.

 

Prosesləri incələyəndə ortaya bir çox suallar çıxır: Niyə Kəlbəcər hədəf seçilib? İrəvanın sərhəd oyunu nəyə hesablanıb?

 

Sərhəd təxribatlarının səbəbləri barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov prosesin Ermənistanda parlament seçkilərindən sonra məqsədli şəkildə çətinləşdirildiyini bildirib. Onun fikrincə, İrəvan hakimiyyəti bununla regiona yeni oyunçular cəlb etməyə can atır.

 

“Ermənistanın baş naziri Nikol Paşinyan və komandası seçkidən sonra bəyan etdi ki, onlar yenidən Qarabağa iddia edib, yeni şəraitdə bu siyasəti davam etdirmək niyyətindədir. Bu səbəbdən Paşinyan sülh sazişinə qol çəkməkdən imtina edib. Ermənilər bu siyasətin davamının təhlükəli olacağını dərk edirlər. Bilirlər ki, Azərbaycan ordusunun qarşısında acizdirlər, Qarabağa yenidən iddia etmək siyasətini həyata keçirə bilməyəcəklər. Belə olan halda, hansısa beynəlxalq oyunçuların regiona müdaxilə edib, sərhəddə müşahidəçilik etməsini hədəfləyirlər. Beləliklə, sərhəddə təxribatları artırmaqla diqqət çəkmək, onların istəklərinə müsbət yanaşacaq beynəlxalq təminatçını öz siyasətlərinə daxil etmək istəyirlər”.

 

T.Zülfüqarov hesab edir ki, ermənilərin Rusiyaya etibarı azalıb:

 

“Onlar əmin deyillər ki, nə isə olsa, ruslar gəlib, erməniləri müdafiə edəcək. İndiki mərhələdə ermənilər üçün ideal vəziyyət qərb oyunçularını regiona cəlb etmək olacaq. Bu sahədəki missiyası qərbdən təşkil olunmuş beynəlxalq qüvvələrin sərhədə gəlməyini istəyirlər”.

 

Atəşkəsin Kəlbəcər istiqamətində tez-tez pozulmasına diqqət çəkən sabiq XİN rəhbəri bunun məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb:

 

“İndiki mərhələdə Kəlbəcərin kommunikasiyaları sabit deyil. Azərbaycanın hərbi gücü və texnikanı ora aparmaq üçün müxtəlif imkanlardan, o cümlədən Ağdərədən keçən yoldan istifadə etməyi labüddür. Ermənilər bunu nəzərə alaraq, düşünürlər ki, guya o istiqamətdə Azərbaycanın imkanları azdır. Təxribat məqsədilə Kəlbəcərin seçilməsinin səbəbi budur. Amma yanaşma yanlışdır. Azərbaycan ordusunun sahib olduğu bir çox silahın imkanları kifayət qədər genişdir, silahlarımız elə saxlandığı yerdən, uzaq məsafədən düşmənə sarsıdıcı zərbələr endirə bilər. Ermənilər həmişəki kimi kor-koranə təxribat yaradır, onun acı nəticələrini hiss edirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər iki doza vaksin vurduranların sayı 3 milyonu ötdü 16 Sentyabr 2021, 15:43 Yoluxma kəskin azaldı - 32 nəfər öldü 16 Sentyabr 2021, 15:38 Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında! 16 Sentyabr 2021, 15:36 Avropa Parlamenti Rusiyanı “1 nömrəli təhdid” ELAN ETDİ 16 Sentyabr 2021, 15:33 XTQ ilə bağlı memorandumun əhəmiyyətindən danışıldı 16 Sentyabr 2021, 15:33 “Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR 16 Sentyabr 2021, 15:30 Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi  16 Sentyabr 2021, 15:30 İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub 16 Sentyabr 2021, 15:27 Prezident yol təmirinə 5 milyon manat ayırdı 16 Sentyabr 2021, 15:22 Moskvada halal kəndlər yaradılır 16 Sentyabr 2021, 15:16 “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26
SORĞU Hansı vaksinə etibar edirsiniz?