Arxiv
30 İyul 2021, 15:29 | DÜNYA
"124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş

COVİD-19 böhranı hələ də həssaslıq və çarəsizlikləri artırmaqdadır.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş 30 iyul İnsan alverinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciətində bildirib.

 

A.Quterreş qeyd edib ki, 124 milyondan çox insan pandemiya nəticəsində kəskin yoxsulluq səviyyəsinə düşüb, milyonlar isə insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşir:

 

“Uşaqlar böyük və artan risk altındadır: onlar qlobal səviyyədə insan alveri qurbanlarının üçdə birini təşkil edir. Bu isə son 15 il ərzində bu rəqəmin üç dəfə artması deməkdir. Azgəlirli ölkələrdə qurbanların yarısı məhz uşaqlardır. Onların əksəriyyəti icbari əməyə cəlb olunur. Cinayətkarlar hər yerdə həssas əhali qruplarını müəyyənləşdirmək, onları nəzarət altında saxlamaq və istismar etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər. Uşaqların onlayn platformalar vasitəsilə cinsi istismar, məcburi evlilik və digər məqsədlər üçün hədəfə çevrilməsi halları artmaqdadır. Qadın və qızların cinsi istismar məqsədi ilə alveri ümumilikdə insan alverinin ən geniş yayılmış və mənfur formalarından biri olaraq qalmaqdadır. Əksər bölgələrdə bu şəkildə insan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir”.

 

“Hökumətlər qabaqlayıcı tədbirlərini gücləndirmək, zərərçəkmişləri dəstəkləmək və günahkarları ədalət mühakiməsinə cəlb etmək üçün təcili addımlar atmalıdır. Buna BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiyası və onun insan alverinin qarşısının alınması, dayandırılması və cəzalandırılması protokolunun icrası daxildir. Səylərimiz zamanı insan alverindən zərər çəkmiş insanların təcrübəsindən yararlanmalıyıq. Onların töhfəsi risk faktorları və formalarını aradan qaldırmaq, qurbanları müəyyən etmək və qorumaq, habelə onlara ədalət mühakiməsinə çıxışı və normal həyata qayıtmaq imkanlarını təmin etməklə yanaşı, istismarçıları məsuliyyətə cəlb etmək üçün olduqca vacibdir.

BMT insan alveri qurbanlarını dinləyib səslərinə səs verməklə, hüquq və ləyaqətlərini təmin etməklə, hekayələrini yayaraq insan alverinə qarşı mübarizədə onlardan öyrənməklə bu dəhşətli cinayətin qarşısının almaq və ona son qoymaq məqsədinə sadiqdir”,- deyə BMT rəsmisi bəyan edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı PAYLAŞIM  18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50 23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - FOTO 18 Sentyabr 2021, 12:42 Hacıqabulda şəhid Ruslan Baladov ad günündə anılıb - FOTOLAR 18 Sentyabr 2021, 12:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?