Arxiv
1 Avqust 2021, 12:40 | ZƏNGƏZUR
Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdiyi müşahidə edildi. Söhbət Azərbaycanın Zəngəzur dəhlizindən gedir.

 

Əslində bu dəhlizin açılmasında bir çox ölkələrin fikirləri üst-üstə düşsə də, bəziləri hələ əks qütbdədir.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri olmasına baxmayaraq, Rusiya və Fransa bu gün Zəngəzur dəhlizinin açılmasında eyni mövqeyi göstərmirlər. Belə ki, Fransa dəhlizin açılmasına qarşı olduğu halda, digər həmsədr ölkə - Rusiya kommunikasiyaların bərpasında maraqlıdır.

 

İki ölkənin maraqları nələrdir?

 

Siyasi ekspert Elman Vəliyev Fransa və Rusiyanın maraqlarının Zəngəzurda toqquşmasını Modern.az-a şərh edib.

 

Onun fikrincə, sülhməramlı seçimi Ermənistanın öz əlində olsaydı, Rusiyanı yox, Fransanı seçərdilər.


“Hər iki dövlət Minsk qrupunun həmsədrləri olsa da, ikinci Qarabağ müharibəsində Rusiya nə Fransaya, nə də Amerikaya imkan vermədi ki, proseslərə müdaxilə etsinlər. Rusiyanın sülhməramlılarının Qarabağda yerləşdirilməsinə nə Fransa, nə də Amerika razı idi. Hətta deyərdim ki, bixəbər idilər. Lakin münaqişə tərəfləri razı olduğu üçün heç nə edə bilmədilər.

 

Fransa Ermənistana dəstəyini əsirgəmir, Azərbaycanı ittiham edir. Niyəsinə gəldikdə isə Ermənistan Fransanı bölgəyə dəvət etdi, müharibəyə müdaxilə etməsini istədi, amma Rusiya buna şərait yaratmadı. Öz razılıqları ilə sülhməramlı seçimi olsaydı, əminəm ki, Ermənistan tərəfi Fransa sülhməramlılarını istəyərdi”.

 

Elman Vəliyev hesab edir ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.

 

“Bu, bəyanatda yer alıb. Rusiyanın marağı dəhlizin "təhlükəsizliyini" öz üzərinə götürməsini istəməsidir. Ancaq bu Fransaya sərf etmir. Bölgədən əli tamam üzülür. Fransa da istəyir ki, maraqlarını təmin etsin. Amma Fransanın işi çətindir, çünki birtərəfli mövqe nümayiş etdirir. Ermənistanı müdafiə edib, Azərbaycanı pisləməklə nəsə nailiyyət əldə edə bilməz. Sadəcə üstünlük kimi Azərbaycanla buzları əridə bilsə, Azərbaycan tərəfi yenidənqurma işlərində Fransaya da yer ayıra bilər. Yoxsa bu cür destruktiv yanaşma ilə qazanc əldə etmək çətindir”,- deyə ekspert bildirib.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı PAYLAŞIM  18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50 23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - FOTO 18 Sentyabr 2021, 12:42 Hacıqabulda şəhid Ruslan Baladov ad günündə anılıb - FOTOLAR 18 Sentyabr 2021, 12:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?